Cəmiyyət

Müəllim uşaqları pərt elədi: “Oyun çıxarmayın” – Video

Son günlər sosial şəbəkələrdə müəllimə şokolad vermək trendi ilə bağlı çoxsaylı videolar yayılıb.

 

Tacxeber.comxəbər verir ki, istər orta məktəblərdə, istərsə də, universitetlərdə təhsil alanlar müəllimdən əvvəlcə əllərini açmasını xahiş edir. Müəllim əlini açdıqda isə şagird və tələbələr şokolad gətirib verirlər.

 

Bu trend artıq son günlərdə kütləvi şəkildə tətbiq edilir.

Sözügedən videolar sosial şəbəkələrdə böyük əksəriyyət tərəfindən pozitiv hal kimi qiymətləndirilir.

 

Bu gün isə sosial şəbəkələrdə yayılan başqa bir videoda müəllimlərdən birinin trenddən imtina etməsi öz əksini tapıb. Universitetdə çəkildiyi güman edilən videoda kişi müəllim ondan əlini açmasını istəyən tələbələrə etiraz edir.

“Ay qız əyləş, özünüzdən oyun çıxarmayın”, – deyə müəllim söyləyib.

 

Tələbələr nə qədər təkid etsələr də, müəllim onlarla razılaşmayıb.

Həmin görüntüləri təqdim edirik:

 

Oxşar xəbərlər

Delta Telekom-a hücum Rusiyadan ola bilərmi?

admin

“Martın 21 də rəhmətə gedib, arvadı bizdən gizlədib” – Qardaşını itirən xalq artisti

admin

İynə vurmaq və ya sistem qoşdurmaq üçün aptekə müraciət edirsinizsə… – VİDEO

redaktor