DünyaHadisəKriminal

2 yaşlı uşaq evdə tapdığı silahla yatmış anasını öldürdü – ŞOK

Kaliforniyada 22 yaşlı ana Jessinya Mina 2 yaşlı oğlu tərəfindən tapılan silahla vurularaq ölüb.

 

Tacxeber.com Ajans.az-a istiandən xəbər verir ki, hadisə Minanın sevgilisi Endryu Sançesin ehtiyatsızlıqdan unutduğu silahın uşağın əlinə düşməsi ilə baş verib. Minanın bacısı sevgilisini ehtiyatsızlığına və silahı evdə saxlamasına görə tənqid edib. Minanın iki uşağı hazırda nənə və babalarının yanında qalır. Polis silahın haradan gəldiyini araşdırır.

 

Açıqlamaya görə, Mina yataqda yatarkən azyaşlı oğlu tapançanı taparaq tətiyi sıxıb. Hadisədən sonra Sançes və otaq yoldaşları Minanı xəstəxanaya aparmaq istəyərkən, ilk yardım qrupları müdaxilə edib. Lakin Mina aparıldığı Tibb Mərkəzdə dünyasını dəyişib. Əvvəllər heç bir cinayət keçmişi olmayan Sançez ehtiyatsızlıqdan silah saxlamaq və uşaqları təhlükəyə atmaq ittihamı ilə həbs edilmiş, lakin zaminə buraxılıb. Oğlundan başqa 8 aylıq qız uşağı olan Mina gözəllik məktəbinə qayıtmaq və karyerasını başa vurmaq üzrə olub. Yaxınları onu “gözəl ana” və “hər kəsə kömək edən biri” kimi xarakterizə edir.

Tacxeber.com

Oxşar xəbərlər

“Ermənistan və Azərbaycan razılığa gələ biliblər” – Paşinyan

admin

Lukaşenko Litvanın notası barədə: “Unitazlarda kifayət qədər yer var” – VİDEO

admin

HƏMAS-ın hücumu nəticəsində İsraildə ölən və yaralananların sayı açıqlandı

redaktor