30 C
Bakı
17 İyul 2025 13:14
Cəmiyyət

Qida əlavələri ilə bağlı CƏRİMƏLƏR ikiqat ARTIRILDI

Bioloji aktiv qida məhsulunun həkim reseptinə yazılmasına görə cərimələr artırılır.

Tacxeber.com xəbər verir ki, bu, parlamentin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, “Dərman vasitələri haqqında” qanunda nəzərdə tutulan hal istisna olmaqla, dərman vasitələrinin dövlət reyestrinə daxil edilməyən dərman vasitəsinin reseptə yazılmasına görə vəzifəli şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.

Layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul olunub.

Qeyd edək ki, hazırda bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılmasına görə vəzifəli şəxslər 50 manatdan 100 manatadək məbləğdə, hüquqi şəxslər 150 manatdan 200 manatadək məbləğdə cərimə edilir.

Tacxeber.com

Oxşar xəbərlər

Smartfon işlədənlərin NƏZƏRİNƏ – Bu halda telefonunuz partlaya bilər – VİDEO

redaktor

İslam dini bürclərə necə yanaşır? – Bütpərəstlikdən qalma etiqad

admin

Zülfiyyə Bayramovanın mədəsində yenidən ŞİŞ AŞKARLANDI – FOTO

admin