23 C
Bakı
24 İyun 2025 12:43
Dünya

Netanyahu məhkəməyə çıxır: 3 cinayət işi və 10 il cəza

İsrailin baş naziri Benyamin Netanyahu bu gün ilk dəfə məhkəməyə təqsirləndirilən şəxs kimi çıxacaq.

Musavat.com xəbər verir ki, o, rüşvət, fırıldaqçılıq və etimaddan sui-istifadə barədəki cinayət işləri ilə bağlı ifadə verəcək.

 

Məlumata görə, Netanyahunun barəsindəki araşdırma 2016-cı ilin dekabrında başlayıb.

 

Ümumilikdə onun əleyhinə üç cinayət işi açılıb: “İş 1000”, “İş 2000” və “İş 4000”.

Birinci işdə məşhur prodüser Arnon Milçen və milyarder Ceyms Pekerdən 196 min dollar dəyərində baha hədiyyələr almaqdan bəhs edilir.

 

İkinci işdə “Yediot Ahronot” qəzetinin sahibi Arnon Mosis ilə gizli razılaşmadan söz açılır.

 

Üçüncü işdə isə “Bezeq” telekommunikasiya şirkətinin maraqlarını müdafiə etmək qarşılığında “Walla” internet saytında müsbət xəbərlərin yayılması ilə bağlı ittiham irəli sürülür.

 

Rüşvət alma üzrə Netanyahuya 10 ilədək, fırıldaqçılıq və etimaddan sui-istifadə üzrə isə 3 ilədək cəza verilə bilər.

 

Baş nazir özü isə məhkəmədə ona qarşı irəli sürülən ittihamları 8 il ərzində ifşa etmək üçün gözlədiyini bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyada hərbi xidmətə çağırış yaşında dəyişiklik edilir

redaktor

Qırmızı dənizdə ABŞ və husilər arasında şiddətli toqquşmalar gedir

redaktor

15 yaşlı uşaq Putinin əleyhinə danışdığı üçün həbs edildi

redaktor