28 C
Bakı
11 Avqust 2025 20:10
Dünya

Əsəd ölkədən neçə milyard dollar qaçırıb? – Şok rəqəm

Suriyada 61 illik BƏƏS rejiminin süqutundan sonra Rusiyaya qaçan eks-prezident Bəşər Əsədin ölkəsini tərk edərkən neçə milyard dollar apardığı üzə çıxıb.

Tacxeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Əsədin 135 milyard dollar qaçırdığını iddia edən rejim kəşfiyyatından Xalid Beyye hakimiyyət daxilində son günlərində çox böyük qarşıdurma yaşandığını deyib.

 

“Rusiyayönlü komandirlərlə İranın dəstəklədiyi komandanlıq arasında böyük qarşıdurma var idi. İlk dava Hələb komandiri general Məhəmməd Səfadlı ilə Rusiyanın sadiq generalı Süheyl Həsən arasında olub. Hərbi kəşfiyyatla ordu arasında məlumat axını dayandı. Hələbin ələ keçməsi ilə başlayan məğlubiyyət müxalifəti Dəməşqə gətirdi”, – Beyye bildirib.

 

Qeyd edək ki, 27 noyabrda “Heyət Təhrir əş-Şam”ın Hələb və İdlibi ələ keçirməsi ilə hərəkata başlayıb, cəmi 12 gün sonra isə (8 dekabr) Dəməşqi alaraq, Əsəd rejimini devirib. Bəşər Əsəd və ailəsi Rusiyaya qaçıb.

Tacxeber.com

Oxşar xəbərlər

Putin Kim Çen İnə “Aurus” avtomobili hədiyyə etdi

admin

Rusiyada axtarışda olan bakılı haqda YENİ QƏRAR – FOTO

redaktor

ABŞ-da dələduz süni intellektlə özünü Marko Rubio kimi təqdim edib və yüksək vəzifəli şəxslərlə əlaqə qurub — KİV

redaktor