12 C
Bakı
25 Mart 2026 13:23
Hadisə

21 həftəlik hamilə qadın evdə abort etmək istədi, ölümdən döndü

Zaqatalada hamilə qadın özünü evdə abort edib.

Tacxeber.com Lent.az-a istinadən xəbər verir ki ,hadisə ötən gün Zaqatalanın Əliabad qəsəbəsində qeydə alınıb.

 

21 həftəlik hamilə olan 27 yaşlı Diana Kazımova yaşadığı evdə hamiləliyini sonlandırmağa qərar verib. Bu məqsədlə o, uşaqsalmada (abort) istifadə olunan xüsusi riskli dərman qəbul edib. Yüksək dozada dərman qəbul edən D. Kazımovanın vəziyyəti qəfil pisləşib. O, dərhal Zaqatala Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin vaxtında müdaxiləsi və səyi nəticəsində qadının həyatı xilas edilib.

 

Hazırda D. Kazımovanın müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

Tacxeber.com

Oxşar xəbərlər

Bu gün Fikrət Cəfərli həbs olundu

admin

Türkiyədə güclü zəlzələ oldu

redaktor

Bakıda narkotik satan kuryer şirkətinin əməkdaşları saxlanıldı – VİDEO

redaktor