24 C
Bakı
22 İyun 2025 13:58
Cəmiyyət

Şəmsi Səmədzadənin qardaşı əsəbiləşdi: “Boş-boş işlərlə məşğul olurlar…”

2022-ci ildə ömürlük həbs cəzasından azad edilən iş adamı Şəmsi Səmədzadənin Özbəkistanda həbs olunması ilə bağlı xəbər yayılıb.

Ş.Səmədzadənin qardaşı Niyazi Səmədzadə Pravda.az-a açıqlamasında mətbuatdan narazılığını ifadə edib.

 

“Mətbuatın başqa işi yoxdur? Gedib niyə işləri ilə məşğul olmurlar? Belə boş-boş işlərlə məşğul olurlar. Şəmsi Səmədzadə həbs olunubsa, bunun mətbuata nə xeyri var? Nə məsələdir? Ömürlük məhkum olan insandır, ya kimdirsə, dövlət başçısı sağ olsun, əfv edib, məsələ qurtarıb gedib. Bu adam indi adi sıravi vətəndaş kimi mülki insandır. İnsanları niyə bu qədər narahat edirsiniz? Gedin işinizlə məşğul olun”, – o bildirib.

 

N.Səmədzadə Şəmsi Səmədzadənin Özbəkistanda həqiqətən də həbs edilib-edilməməsi barədə sualları cavabsız qoyub.

 

Xatırlatma: Bir müddət öncə sosial şəbəkələrdə intim görüntüləri ilə gündəmə gələn Şəmsi Səmədzadənin həmin görüntülərdən sonra Özbəkistana köçdüyü iddia olunur. Onun Özbəkistanda həbs olunması xəbərini Gununsesi.info yayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Lalədən qalmaqal yaşadığı Cavanşir Məmmədovla bağlı paylaşım – FOTO

admin

İmtahana satışı qadağan olunmuş kameralı eynək keçirdi

redaktor

Valideynlərin etirazı: Gəncədə məktəbə ayrılan vəsait mənimsənilir – VİDEO

admin