7 C
Bakı
26 Dekabr 2025 21:15
CəmiyyətDünyaHadisəSiyasət

“Əsədə və onun ailəsinə sığınacaq verilməsi qərarını Putin verib” – Dmitri Peskov

Bəşər Əsəd və ailəsinə Rusiyada sığınacaq verilməsi barədə qərar prezident Vladimir Putin tərəfindən verilib.

 

Bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

 

“Belə qərarlar, şübhəsiz ki, dövlət başçısı olmadan qəbul edilə bilməz. Bu onun qərarı idi”, – Peskov bildirib. Kreml sözçüsü qeyd edib ki, bununla belə, məsələ ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.

 

Xatırladaq ki, noyabrın 27-də Suriyanın silahlı müxalifət bölmələri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də axşam saatlarında prezident Bəşər Əsədin əleyhdarları Hələb, Həma, Deyr əz-Zor, Dəra və Homs da daxil olmaqla, bir neçə böyük şəhəri ələ keçirdilər. Dekabrın 8-də onlar Suriyanın paytaxtı Dəməşqə daxil olub, ordu isə şəhərdən geri çəkilib.

 

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına görə, Suriya prezidenti Bəşər Əsəd hakimiyyətin sülh yolu ilə keçidini təmin etmək üçün göstərişlər verərək istefa verib və ölkəni tərk edib.

 

Kremldəki mənbə daha sonra bildirib ki, Əsəd və ailə üzvləri Moskvaya gəlib, çünki Rusiya onlara humanitar əsaslarla sığınacaq verib. (Sfera.az)

Tacxeber.com

Oxşar xəbərlər

Vitse-spiker Adil Əliyevin qardaşı oğlu həbs edilib

admin

“Dini kəbin heç Quranda da yoxdur” – Elşad Miridən QALMAQALLI AÇIQLAMA

redaktor

Yaponiyanın ən etibarsız avtomobilləri – SİYAHI

admin