25 C
Bakı
11 Avqust 2025 09:06
CəmiyyətDünyaHadisəSiyasət

Xamenei zərbə aldı, 2 gücü itirdi, Pezeşkian isə məmnundur

İranın mühafizəkar dairələri qısa zaman kəsiyində illərin iki müttəfiqini itirdi. İsrail Hizbullahın liderlərini, komandirlərinin əksəriyyətini öldürərək təşkilatı zəiflətdi, Suriyadakı silahlı qruplar isə Bəşər Əsədi devirdilər. İranda islam inqilabından bu yana Tehran bu iki müttəfiqi vasitəsilə rəqiblərinə meydan oxuyurdu.

 

Bu sözləri politoloq Elxan Şahinoğlu Suriyada Əsəd rejiminin devrilməsi ilə yaranan yeni şərait haqda qeyd edib.

 

O bildirib ki, İrandakı mühafizəkar qüvvələr məhz Suriya və Hizbullahın imkanlarıdan istifadə edərək İsraillə mübarizə aparırdı:

 

“İran Suriyanın hava sahəsindən istifadə edərək İsrailə zərbələr endirirdi. İranın mühafizəkar dairələrinin əlindən bu imkan çıxdı. Birincisi, Suriya üzərindən İranla Hizbullah arasında quru əlaqəsi ortadan qaldırıldı. İkincisi, Suriyada yeni qurulacaq hakimiyyət Tehranla müttəfiq münasibətlər qurmayacaq”.

 

Ekspert “İranın mühafizəkar dairələri” ifadəsinə də aydınlıq gətirib:

 

“Yəni baş verənlər dini lider Xamenei və SEPAH-dan fərqli olaraq, mötədil Prezident Məsud Pezeşkianın maraqlarına cavab verir. O, ali dini lider və SEPAH-dan fərqli olaraq, İranın məhdud maliyyə resurslarının ölkə daxilində istifadə olunmasının tərəfdarıdır. Halbuki mühafizəkar qüvvələr İranda yaşayanların ağır iqtisadi və sosial vəziyyətinə rəğmən, Əsəd rejiminin və Hizbullahın ayaqda qalması üçün hər il on milyardlarla dollar xərcləyirdi. Pezeşkian bundan sonra həmin milyardların İranda xərclənməsinə çalışacaq.

 

Suriya olayları İranı başqa dövlətlərin daxili işlərinə qarışmaqdan və bölgədəki silahlı qrupları dəstəkləməkdən çəkindirməlidir. Əks halda dəyişikliklər Suriya ilə yekunlaşmayacaq”.

Tacxeber.com

Oxşar xəbərlər

“Qəzzaya yardım çatdırmaq mümkün deyil” – BMT

redaktor

İran-Pakistan sərhədində toqquşma olub, ölən və yaralananlar var

redaktor

Vasif Talıbovun ailə üzvlərinin keçmiş bankı bu şirkətdən kredit tələb edir

redaktor