12 C
Bakı
27 Mart 2026 00:41
CəmiyyətDinİdman

“Neftçi” “Sumqayıt”a kiçik olmayan hesabla uduzdu

Misli Premyer Liqasında 16-cı tur davam edir.

 

 Bu gün 2-ci oyun günündə 2 matç keçirilib.

 

Əvvəlcə “Kəpəz” “Zirə” ilə qarşılaşıb. Görüş Bakı təmsilçisinin 4:0 hesablı qələbəsi ilə bitib.

 

Günün 2-ci görüşündə isə “Sumqayıt” “Neftçi”ni qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə bitib. Bu matç həm də “Neftçi”nin baş məşqçisi Samir Abasovun “ağ-qaralar”a növbəti gəlişindən sonra sabiq komandasına qarşı ilk oyunu olub.

 

Beləliklə, “Sumqayıt” turnir cədvəlində 19 xalla 6-cı, “Neftçi” isə 13 xalla 8-ci yerdə qərarlaşıb.

 

Misli Premyer Liqası, 16-cı tur

8 dekabr (bazar)

 

18:00. “Sumqayıt” – “Neftçi” – 2:0

Qollar: Kamran Quliyev, 20, Cordan Rezabala, 44

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Cavid Cəlilov

VAR: İnqilab Məmmədov

AVAR: Namiq Hüseynov

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

 

16:00. “Kəpəz” – “Zirə” – 0:4

Qollar: Salifu Suma, 32, Giorgi Papunaşvili, 45+7, İssa Cibrila, 48, Elçin Əmircanov, 73

Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Teymur Teymurov, Əli Əliyev

VAR: Rəşad Əhmədov

AVAR: Eyyub İbrahimov

Tovuz şəhər stadionu

9 dekabr (bazar ertəsi)

 

19:00. “Turan Tovuz”– “Şamaxı”

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Asiman Əzizli, Rauf Allahverdiyev

VAR: Nicat İsmayıllı

AVAR: Şirmamed Mamedov

Tovuz şəhər stadionu

 

7 dekabr

“Səbail” – “Araz-Naxçıvan” – 0:2

“Sabah” – “Qarabağ” – 1:1

Tacxeber.com

Oxşar xəbərlər

Dövlət Sərhəd Xidmətinin hərbi hissəsində intihar hadisəsi baş verib.

admin

İstənilən hökumət üçün bu mənzərə utancverici olmalıdır amma iqtisadi komandanın isə heç vecinə də deyil.

admin

AXCP parlament seçkilərində iştirak etməyəcək .

admin