19 C
Bakı
26 Sentyabr 2025 20:47
Dünya

Gürcüstanda küçədə maska taxmaq qadağan edilə bilər

“Gürcüstanda küçədə maska taxmaq qadağan edilə bilər”.

Tacxeber.com “Report”a istinadla xəbər verir ki, bunu hakim “Gürcü Arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze bildirib.

 

Bu, müxalifət kanalı “TV Pirveli”nin jurnalistlərinə qarşı naməlum şəxslərin hücumu ilə bağlıdır.

 

“Mən şəxsən küçədə maska taxmağın qadağan edilməsi təşəbbüsünü irəli sürəcəyəm. Siz görürsünüz, mitinqlər zamanı nə qədər problem yaranır. Aksiyalarda polislərə daşlar atılır, amma biz daş atanların kim olduğunu bilmirik. İndi kimsə üzündə maska ilə jurnalistə hücum edib, onu ya tapacağıq, ya da yox. Əminəm ki, mənim həmkarlarım, çoxluğun nümayəndələri, bu qadağanı dəstəkləyəcəklər”, – deyə o, “Imedi” kanalına bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

“Putin ordunu dağıdıb”: Rusiyada yeni Priqojin peyda olub və Moskvanı hərbi yürüşlə təhdid edib – VİDEO

admin

“Putin heç vaxt məzuniyyətə çıxmır” – KREML

redaktor

“Rusiya bizə pulsuz silah verib“ – Akopyan

redaktor