Kriminal

Liftlərdə uşaqlara zorakılıq edən manyak kameraya düşdü – Həbs edildi

Bakının Yasamal rayonunda yaşayış binalarının liftlərində uşaqlara qarşı qeyri-etik hərəkətlər edən manyak saxlanılıb.

Tacxeber.com“Qafqazinfo”ya istinadən xəbər verir ki, əsasən azyaşlı qız uşaqlarına qarşı liftlərdə seksual hərəkətlər edən şəxs barədə valideynlər polisə müraciət ediblər.

 

Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinən Rəfail Məmmədov saxlanılıb.

 

Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq R.Məmmədov həbs edilib.

 

Hazırda istintaq tədbirləri davam etdirilir.

Şübhəli şəxsin əməllərindən zərərçəkən başqa şəxslər varsa, polisə məlumat vermələri xahiş olunur.

Tacxeber.com

 

 

Oxşar xəbərlər

Onun arxasında Ramiz Mehdiyev və qudası Əli Həsənov dayanır

admin

Şirvanda narkotik satan 19 nəfər saxlanılıb – FOTO/VİDEO

admin

Gömrükdə rüşvət qalmaqalı – Sabiq rəis 834 maşını ölkəyə necə keçirib?

redaktor