20 C
Bakı
23 İyun 2025 07:04
CəmiyyətHadisə

DSX-nin polkovnik-leytenantı həbs olunub

Dövlət Sərhəd Xidmətinin (DSX) ehtiyatda olan hərbi qulluqçusu, polkovnik-leytenant Ramil İbrahimov həbs olunub.

Tacxeber.com xəbər verir ki, bu barədə mətbuata Azərbaycan hərbi prokurorunun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.

Onun sözlərinə görə, Hərbi Prokurorluğun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə muvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Dövlət Sərhəd Xidmətinin ehtiyatda olan hərbi qulluqçusu, polkovnik-leytenant İbrahimov Ramil Şamil oğluna Cinayət Məcəlləsinin 311.3.1-ci və 311.3.2-ci maddələri ilə ittiham elan edilib, Hərbi Prokurorluğun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

“Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək”, – F.Əliyev bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Zaxarova: Əcnəbi kişilər rus qadınlarını “təhlükəli dərəcədə gözəl” hesab edirlər

redaktor

“Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidən…” – MN-dən SON DƏQİQƏ AÇIQLAMASI

redaktor

Araik, Bako və Arkadinin İrəvandakı Samvel Şahramanyanla əlaqə saxladığı iddia edildi…

admin