26 C
Bakı
21 İyun 2025 17:24
Cəmiyyət

“Quska”nın daha 10 il həbsi tələb edildi

“Quska” ləqəbli keçmiş deputat Hüseyn Abdullayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Tacxeber.com qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

 

Prokuror bəyan edib ki, sabiq deputata verilmiş ittiham məhkəmə istintaqı ilə təsdiqini tapıb.

 

Bu əsasla Hüseyn Abdullayev cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmada təqsirli bilinməli, cəzasını ümumi rejimdə çəkməsi şərti ilə 10 il müddətinə azadlıqdan məhrum edilməlidir.

“Quska” özü ittihamçının çıxışını istintaq təcridxanasından video-kamera ilə dinləyib. Məhkəməyə sədrlik edən hakim Azər Tağıyev müdafiə çıxışına hazırlanmaları üçün vəkillərə vaxt verib.

 

Xatırladaq ki, H. Abdullayev 2018-ci ildə qanunsuz sahibkarlıq, dələduzluq və digər cinayətlərin törədilməsində təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həmin cəza müddəti bu yaxınlarda başa çatıb. Lakin yeni cinayət işinə görə Abdullayev azadlığa çıxa bilməyib.

Tacxeber.com

Oxşar xəbərlər

Sabiq deputat: “Bəxtiyarla yazışan qızların sonuna qədər araşdırmaq, ifşa etmək lazımdır”

redaktor

“Tottenhem” – “Qarabağ” oyununu fransalı hakim idarə edəcək

admin

“Məktəbli forması başdan ayağa hoqqabazlıqdır”

admin