CəmiyyətTəhsil

Niyə qızların nəticəsi yuxarı siniflərdə aşağı düşür?

 

Vacib məqamlardan biri qız uşaqlarının təhsili ilə bağlıdır. Qız uşaqlarının təhsili gələcək anaların təhsilidir.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda çıxış edərkən deyib.

 

“Dördüncü sinfin sonunda apardığımız qiymətləndirməyə cəlb olunmuşam. Qiymətləndirmə zamanı qızların nəticələrinin oğlanların nəticəsindən daha yaxşı olduğunu görürük. Artıq 15 yaşında isə dinamika zəifləyir, oğlanların nəticəsi qızlardan yüksək olur. Bunun bir sıra sosial tərəfləri var. Erkən nikah nəticəsində qızların təhsildən yayınması kimi hallar mövcuddur. Bu, dövlətin deyil, ictimaiyyətin, ailələrin, ayrı-ayrı yaşayış məntəqlərində yaşayan insanların yanaşmasının nəticəsidir. Bu, çox vacib məsələdir. Hər bir insan bunun qarşısını almaq üçün vətəndaş borcunu yerinə yetirməlidir”.

Tacxeber.com

Oxşar xəbərlər

İki il əvvəl prezidentin 7 milyon manat ayırdığı Sabunçu yolları hələ də təmirsizdir.

admin

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

redaktor

Aksiyaçılar sülhməramlıların kolonunu buraxmadı

redaktor