16 C
Bakı
27 Sentyabr 2025 03:17
Hadisə

“Vətəndaş A” serialı üçün qaldırılan dronu DSX vurdu

“Vətəndaş A” serialının Daşkəsən rayonundakı çəkilişləri zamanı istifadə olunan dron Dövlət Sərhəd Xidməti tərəfindən vurulub.

Tacxeber.com xəbər verir ki, bu barədə serialın rejissoru Elvin Rüstəmzadə “Kulis.az”a müsahibəsində deyib.

“5-6 min dollarlıq dron idi. Biz də elə dron qəzalarından danışırdıq. Elə o anda Orxan mənə dedi ki, dron görünmür. Çıxıb baxdıq ki, yoxdur. Sən demə orada hərbi baza var. Dronu icazəsiz qaldırdığımıza görə vurublar. Sonra onlarla əlaqə saxladıq. Dedik ki, bu gün dron vurmusuz? Onlar da dronun modelinin adını deyərək bunu təsdiqlədilər. Dedik niyə vurmusuz? Dedilər ki, biz nə bilək o nə dronudur, icazəsiz qaldırmısız?”, – deyə E.Rüstəmzadə qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

Adil Əliyevi icra başçısı təyin edildi – Sərəncam

admin

“Qarabağ”-“Lion” matçı ilə bağlı məlumat

admin

Ramiz Mehdiyevin qızının hərraca çıxarılan 25 milyonluq mülkünü alan olmayıb – FOTO

admin