3 C
Bakı
11 Fevral 2026 17:40
Dünya

Tramp Kanada bayrağı ilə şəkil paylaşdı: 51-ci ştat reallaşır?

Donald Tramp Kanadanın ABŞ-ın 51-ci ştatı ola biləcəyi ilə bağlı şərhlər fonunda ölkənin bayrağının yanında çəkdirdiyi şəklini paylaşıb.

 

Tacxeber.com xatırladır ki, Tramp bir gün əvvəl Kanadanın baş naziri Castin Trüdoya ABŞ Kanadasının qubernatoru olmağı təklif edib.

 

Tramp Ottavanı 70-dən çox ölkədən narkotiklərin və miqrantların sərhədi keçməsinə icazə verməkdə, sərhədə nəzarət etməməkdə günahlandırıb.

 

O, həmçinin sərhəd məsələləri və 100 milyard dollarlıq ticarət kəsiri həll olunmasa, Kanada mallarına 25% rüsum tətbiq edəcəyi ilə hədələyib.

 

Trüdo etiraz edərək, bu cür tədbirlərin Kanada iqtisadiyyatına ciddi zərər verəcəyini söyləyib. Tramp isə buna cavab olaraq istehza ilə “Nə var? Ölkəniz ABŞ olmadan yaşaya bilməz?”, – deyə soruşub. Daha sonra o, Kanadanın 51-ci ştat olmasını təklif edib və bu, Trüdonun “əsəb gülüşünə” səbəb olub.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya Macarıstanı “dost olmayan ölkə” elan etdi

redaktor

Bu səbəbdən Tramp üçün 16 may “çox pis və təhlükəli gün oldu” – Kamran Cəfərov

admin

Ukrayna XİN rəhbəri canlı yayımda olduğunu unudub siqaret çəkdi – ANBAAN VİDEO

redaktor