11 C
Bakı
29 Mart 2026 12:10
Cəmiyyət

Qadın “Getcontact”da yazdıqlarına görə məhkəməlik oldu

Qadın “Getcontact”da yazdıqlarına görə məhkəməlik oldu

Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Fəxriyyə Şərifova (ad və soyadlar şərtidir) barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət edilib.

 

Tacxeber.com xəbər verir ki, məhkəməyə müraciət edən Q.Quliyev qadının “Getcontact” mobil tətbiqində onun telefon nömrəsini işarələyərək ünvanına nalayiq ifadələr yazdığını bildirib.

 

Şikayətçi qeyd edib ki, mobil tətbiqdə premium istifadəçi statusu əldə edərək ünvanına kimin hansı söz yazmasını görməsi mümkündür. O, bu yolla mobil tətbiqdə barəsində təhqiramiz sözlər yazan şəxsi müəyyən edib və skrinşotlar götürüb.

Məlum olub ki, Q.Quliyevin barəsində ifadələr yazan şəxs onun qardaşının keçmiş həyat yoldaşı 33 yaşlı F.Şərifovadır. Araşdırmalar zamanı müəyyən edilib ki, ötən il F.Şərifova Q.Quliyevin qardaşı ilə 40 gün evli olub. Daha sonra onlar rəsmi qaydada boşanıblar. Bundan sonra qadın başqa şəxslə evlənib.

 

F.Şərifova keçmiş qohumlarının onun yenidən ərə getməsini qısqandıqları üçün barəsində şikayətlər etdiklərini bildirib. Həmçinin o da məlum olub ki, qadın keçmiş qohumları barəsində yazdığı sözlərə görə daha əvvəl də 50 manat cərimə edilib.

 

Binəqədi Rayon Məhkəməsi xüsusi ittiham qaydasında verilmiş şikayəti təmin edib. F.Şəfiyeva Cinayət Məcəlləsinin 148-ci (Təhqir) maddəsi ilə təqsirli bilinib. Ona 1000 manat cərimə cəzası təyin edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski Səfərov qardaşlarının qətli ilə bağlı Azərbaycan xalqına BAŞSAĞLIĞI VERDİ

redaktor

Saleh Məmmədovun şəxsi avtomobili sıradan çıxsaydı dərhal təmir olunardı amma vətəndaşların problemləri onları maraqlandırmır.

admin

Kitab oxumağın qızıl qaydaları

redaktor