20 C
Bakı
22 İyun 2025 03:17
Şou

Həmidə Ömərovanın adı ilə insanları belə aldatdılar – FOTO

“Devin Medya Akademi”nin fırıldaqçılıq etməsi ilə bağlı iddialar yayılıb.

Tacxeber.com bakuplus.az-a istinadla xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

 

Belə ki, “Devin Medya Akademi” film çəkilişləri üçün həvəskar şəxslər axtarıldığına dair elan paylaşıb. Bu elanı görüb müraciət edən şəxslərdən “WhatsApp” qrupuna əlavə olunmaları üçün 20 manat tələb olunub. Sonrakı prosesdə isə 3 aylıq kurs üçün 600 manat ödənilməsi tələbi irəli sürülüb.

 

Şikayətçi olan şəxslər qrupda 871 nəfərin olduğunu qeyd edirlər. 871 nəfərin hər birindən qrupa əlavə edilməsi üçün 20 manat pul alınıb.

 

Qeyd edək ki, “Devin Medya Akademi”nin yaydığı elanda Həmidə Ömərova, Pərviz Malik kimi ustadların dərs verəcəyi bildirilib.

 

Bakuplus.az məsələ ilə bağlı “Devin Medya Akademi” ilə əlaqə saxlamağa çalışıb. Lakin dəfələrlə cəhd etməyimizə baxmayaraq zəngimizi cavablandıran olmadı.

 

Elanda adı çəkilən Xalq artisti Həmidə Ömərova isə Bakuplus.az-a açıqlamasında qeyd edib ki, məsələ ilə bağlı onunla yayda əlaqə saxlayıblar:

 

“Yayda bir oğlan mənimlə əlaqə saxladı. Dedi ki, belə bir kurs açılır və məni orda dərs deməyə dəvət etdilər. Mən də bildirdim ki, çəkilişlərim olduğu üçün vaxtım yoxdur. Təkliflərini qəbul etmədim. O zamandan bəri isə onlarla əlaqə saxlamamışam. Elə dünən də mənə 1-2 nəfər zəng edib soruşdu, mən də dərs demədiyimi bildirdim. Əvvəlcədən kimlərdənsə pul alınması barədə məlumatım yoxdur”.

Tacxeber.com

Oxşar xəbərlər

Xatirə İslamın 300 minlik “BMW”si – FOTO

redaktor

On altı yaşı olanda zorla qaçırıldı, onu ərindən ayıran qadını evində saxladı, oğlu faciəli şəkildə öldü – Əməkdar artist haqqında bilmədiklərimiz…

admin

Məhkəmədə çəkişən Xalq artisti və jurnalist canlı efirdə barışdılar – Video

redaktor