26 C
Bakı
11 Avqust 2025 03:25
Şou

Xəyyam üçün toplanan pulun aqibəti necə olacaq? – Açıqlama

Meyxanaçı Namiq Qaraçuxurlu ötən gecə dünyasını dəyişən həmkarı Xəyyam Əhmədlinin əməmliyyatına dəstək olmaq istəyən şəxsdən danışıb.

 

Tacxeber.com xəbər verir ki, axşam.az-a açıqlama verən Namiq Qaraçuxurlu bildirib ki, Xəyyamı Rusiyaya aparmağa hazırlaşsalar da, alınmayıb:

 

“Meyxanaçılar Xəyyam üçün 70 min manatdan çox pul toplamışdı. Amma onun əməliyyatını etdirmək istəyən şəxs dedi ki, bütün pulu özüm ödəyəcəyəm. Həmin şəxs onu Moskvada əməliyyat etdirmək istəyirdi. Xəyyam isə bildirdi ki, Belarusiyada həkim tapıb və oranı istəyir. Xərci çəkən adam da dedi ki, harada istəyirsiniz etdirin, mən məbləği ödəyəcəyəm. Hətta yolxərcini də öz üzərinə götürmüşdü. Düzdür, onun xarici ölkəyə aparılması riskli idi. Hələ bir il əvvəl Xəyyam reanimasiyaya yerləşdiriləndə həkimlər bildirmişdi ki, gedin dəfnə hazırlaşın. Onun bir il yaşaması möcüzə idi”.

 

N.Qaraçuxurlu Xəyyam üçün meyxanaçıların topladığı məbləğin aqibətindən danışıb:

 

“Həmin məbləğ ailəsinə veriləcək. Onlar nə məsləhət bilərlər edərlər. Mən öz və Xəyyamın ailəsinin adından bütün meyxanaçılara, ona dəstək olanlara təşəkkür edirəm”.

 

Qeyd edək ki, Xəyyam uzun sürən xəstəlikdən sonra ötən gecə dünyasını dəyişib.

Tacxeber.com

Oxşar xəbərlər

“iPhone” almaq istəyənlərə pis xəbər – İstehsal azaldıldı

admin

“Mən səni Yevlax qaraçısı bilirdim” – VİDEO

redaktor

Xalq artistlərinin HALALLIQ DAVASI: “Zeynəb Xanlarova Ələkbər Tağıyevə dedi ki…”

redaktor