16 C
Bakı
27 Sentyabr 2025 00:37
Siyasət

Lalə Şövkət ağır durumda: Hərəkət qabiliyyətini itirdi

Lalə Şövkət ağır durumda: Hərəkət qabiliyyətini itirdi

Lalə xanım xroniki ürək xəstəliyindən əziyyət çəkir. Hazırda Bakıda ev şəraitində həkim nəzarətindədir. Səhhətində müsbətə doğru ciddi bir irəliləyiş yoxdur.

 

Bu sözləri Teleqraf.com-a ləğv edilmiş Azərbaycan Liberal Partiyasının (ALP) sabiq lideri, keçmiş dövlət katibi Lalə Şövkətin oğlu Sidqi Şövkət deyib.

 

“Lalə xanım 2020-ci ildə ürək əməliyyatı keçirib. O vaxtdan səhhətində problemlər daha da artıb. Daimi konsultasiya olunur. Həkim nəzarəti olmasa səhhəti daha da pisləşər”, – deyə o əlavə edib.

 

Sidqi Şövkət anasının kənar yardım olmadan sərbəst hərəkət edə bilmədiyini bildirib: “Səhhətinə görə mütləq ona kənardan kömək edilir ki, o, ev şəraitində gəzə bilsin”.

Tacxeber.com

Oxşar xəbərlər

Avropa İttifaqı Ermənistanla vizasız rejimə keçid üçün Fəaliyyət Planının təsdiqləyib.

admin

Ceyhun Bayramov bu ölkələri tənqid etdi

redaktor

YAP deputatlığa namizədlərinin adlarını açıqladı – 125 nəfərin tam SİYAHISI

admin