19 C
Bakı
26 Sentyabr 2025 18:51
CəmiyyətDünyaHadisəSiyasət

Cənubi Koreyada paytaxt küçələrinə ağır texnika yeridildi

Cənubi Koreyada paytaxt küçələrinə ağır texnika yeridildi
 

Cənubi Koreya prezidenti Yun Sok Yolun hərbi vəziyyət elan etməsindən sonra Koreya Respublikası Milli Assambleyasının binasına giriş-çıxış bağlanıb.

 

Tacxeber.com xarici KİV-lərə istinadən xəbər verir ki, müxalifət prezidentin qərarını konstitusiyaya zidd adlandırıb. “Toburo” Demokratik Partiyası deputatları toplamaq qərarına gəlib.

Koreya Respublikasının Quru Qoşunlarının Baş Qərargah rəisi Pak An Su ölkədə hərbi vəziyyətin tətbiqindən sonra komandir təyin edilib. Hərbi vəziyyət müddətində Pak An Su Milli Assambleyanın, siyasi partiyaların və birliklərin fəaliyyətinə, eləcə də mitinqlərin keçirilməsinə qadağa qoyub. Həmçinin, regional parlamentlərin fəaliyyəti də qadağan edilib.
Cənubi Koreyada hərbi vəziyyətin tətbiqi fonunda Seul küçələrində hərbi texnika görüntülənib.

Qeyd edək ki, Cənubi Koreyada hərbi vəziyyət elan olunub. Bundan sonra Cənubi Koreyanın Müdafiə Nazirliyi əsas komandirlərin iclasını elan edib. Bütün qoşun növlərinin komandirlərinə döyüş hazırlığının artırılması barədə göstəriş verilib.

Tacxeber.com

Oxşar xəbərlər

TƏCİLİ: Rusiyanın dəniz briqadası tamamilə MƏHV EDİLDİ

redaktor

Məhəmməd Kekalov da saxlanıldı: nə baş verir?

admin

Allahşükür Paşazadə Bəhreyndə Roma Papası ilə görüşdü

redaktor