DünyaSiyasət

Tramp Ukraynadan elə bir şey tələb edəcək ki… – KRİTİK AÇIQLAMA

Avropada, xüsusən də Almaniyada bağlı qapılar arxasında belə bir fikir formalaşıb ki, Ukrayna ərazi məsələsində güzəştə getməli olacaq.

 

Tacxeber.com publika.az-a istinadən xəbər verir ki, hərbi analitik Karlo Masala ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Kiyevə bu istiqamətdə təzyiq göstərəcəyini deyib.

 

“Zelenski güman etməlidir ki, Donald Tramp ABŞ-ın gələcək prezidenti kimi Ukraynaya ərazi güzəştlərinə getməsi üçün təzyiq göstərəcək… Bu tələb həm də Avropa siyasətində, xüsusən də Almaniya Federativ Respublikasında üstünlük təşkil edən fikirdir, baxmayaraq ki, bu barədə ucadan danışmırlar”, – deyə Masala bildirib.

 

Bu gün ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib ki, Ukrayna Rusiya ilə sülh əldə etmək üçün ərazi güzəştləri ilə bağlı öz mövqeyini müəyyən etməlidir.

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ Dohada gözlədi, İran gəlmədi

redaktor

İranda Xameneinin tək bir sözünə görə parçalanma yaranıb

redaktor

Rusiya Giriş Qaydalarını Sərtləşdirir: Azərbaycan Vətəndaşları üçün Nə Dəyişiklik Edəcək?

redaktor