24 C
Bakı
22 İyun 2025 10:33
Dünya

Tbilisidə etirazçılar polislərə fişəng və partlayıcı vasitələrlə müqavimət göstərirlər – VİDEO

Gürcüstanın təhlükəsizlik qüvvələri paytaxtın mərkəzində etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edir.

Tacxeber.comxəbər verir ki, nümayişçilər isə onlara fişəng və partlayıcı vasitələrlə müqavimət göstərirlər.

 

Məlumata görə, xüsusi təyinatlılar Rustaveli prospektini etirazçılardan təmizləmək əmri alıb. Təhlükəsizlik qüvvələrinin koloniyası heç bir müqavimətə rast gəlmədən parlamentə doğru irəliləyirlər.

 

Respublika Daxili İşlər Nazirliyi aksiyanın hüquqi çərçivədən kənara çıxdığını qeyd edərək, etirazçıları “qanunsuz hərəkətlərə son qoymağa, qanunla müəyyən edilmiş çərçivədə etirazlarını bildirməyə” çağırıb. Bildirilib ki, əks halda onlar barəsində qanunla müəyyən edilmiş müvafiq tədbirlər görüləcək.

 

Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Avropa İttifaqı (Aİ) ilə üzvlük danışıqlarını 2028-ci ilə qədər dondurduğunu elan etməsindən sonra ölkədə genişmiqyaslı etiraz aksiyaları başlayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Trampın ad günündə bu hadisə bir təsadüfdür yoxsa ….?

admin

Kim Çen Ina xəbərdarlıq edildi: “Bu, sənin sonunu gətirəcək!”

admin

Kreml Bakı ilə əlaqəmizi həzm etmir, onu üstümüzə qısqırdır.

admin