Siyasət

Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri seçilən Emindən PAYLAŞIM – VİDEO

Xəbər verdiyimiz kimi Emin Ağalarov Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinə yeni sədri təyin olunub.

 

Tacxeber.comxəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında video paylaşıb.

“Bu gün Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirildi və iclas çərçivəsində mən İdarə Heyətinin yeni sədri seçildim.

Göstərdiyi etimada görə Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarova, məndən əvvəl 6,5 illik uğurlu rəhbərliyə görə Səməd Qurbanova, eləcə də Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində çalışan bütün təşkilat və strukturların nümayəndələrinə təşəkkür edirəm.

 

Əminəm ki, Rusiya ilə Azərbaycan arasında işgüzar dairələrdə sıx əlaqələri inkişaf etdirməklə göstərilən etimadı və dəstəyi doğrulda biləcəyəm”, – deyə Ağalarov paylaşımda qeyd edib.


Tacxeber.com

Oxşar xəbərlər

Mehriban Əliyeva: “Siz qız paltarında səfirlikdə gizlənən insansız…”

redaktor

Xəritəni açıb baxın: Rusiya Azərbaycana buradan hücum etsə… – Musabəyov

redaktor

CNN: Rusiya-Ukrayna müharibəsi artıq Trampın müharibəsinə çevrilib

redaktor