32 C
Bakı
12 Avqust 2025 14:27
Dünya

Tramp qudasına yüksək vəzifə verir

tramp-qudasina-yuksek-vezife-verir

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp qızı İvanka Trampın qaynatası Çarlz Kuşneri ölkənin Fransadakı səfiri postuna namizəd göstərib.

 

“Qafqazinfo” xəbər verir ki, siyasətçi bu barədə “Truth Social” sosial şəbəkə hesabında paylaşım edib.

“Mən Çarlz Kuşneri ABŞ-nin Fransadakı səfiri vəzifəsinə namizəd irəli sürməkdən məmnunam. O, ölkəmizi və onun maraqlarını güclü şəkildə təmsil edəcək nəhəng biznes-lider, xeyriyyəçi və sövdələşmələr aparan şəxsdir”, – deyə siyasətçi bildirib.

 

Qeyd edək ki, Çarlz Kuşnerin 70 yaşı var. 2005-ci ildə o, vergidən yayındığına görə iki il həbs cəzası alıb. O, 2020-ci ildə Tramp tərəfindən əfv edilib.


Tacxeber.com

Oxşar xəbərlər

Tramp: “Mən çox sülhpərvər insanam”

redaktor

Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyada açılmış cinayət işini İstintaq komitəsinin Baş idarəsi aparacaq

redaktor

Səudiyyə Ərəbistanının investisiya naziri Zəngilana gəlir

redaktor