16 C
Bakı
27 Sentyabr 2025 05:11
DünyaHadisəSiyasət

Tbilisidə parlamentin şüşələri sındırıldı – DIN xəbərdarlıq etdi

Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə parlament binasının qarşısına toplanmış etirazçılara xəbərdarlıq edib.

 

Tacxeber.com Bakupost.az-a istinadən xəbər verir ki, qurum aksiya iştirakçılarına qanunla müəyyən edilmiş çərçivədə etiraz etməyə və qanunsuz hərəkətlərə yol verməməyə çağırıb.

DİN-in məlumatında qeyd olunub ki, mitinq başlayandan bir qədər sonra ərazidəki etirazçıların bəzilərinin hərəkətləri zorakılığa çevrilib.

 

O cümlədən, aksiya iştirakçıları qanunverici orqanın hasarlarını zədələyib, daş və digər əşyalardan istifadə etməklə parlamentin 10-a yaxın pəncərəsinin şüşəsini sındırıblar.

Bəyanatda polis tərəfindən hər bir qanun pozuntusuna müvafiq hüquqi cavab veriləcəyi vurğulanıb.

 

Xatırladaq ki, ötən gün baş verən polis-vətəndaş qarşıdurması zamanı 100-dən çox etirazçı saxlanılıb.

Tacxeber.com

Oxşar xəbərlər

Bu ölkədə Zelenskiyə heykəl qoyuldu

redaktor

Kiyevə ikinci hücum: Rusiyanın yeni həmləsi necə bitə bilər ?

admin

Zelenskinin ofisi FİFA-nı qınadı: Qətər dəstəklədi, amma…

redaktor