24 C
Bakı
13 Avqust 2025 09:18
CəmiyyətDinGündəmHadisəİdman

“Qarabağ”ın futbolçuları qoldan sonra “Neftçi” azarkeşlərinin önündə bu duruşa görə cəzalandırıldı – FOTO

Misli Premyer Liqasının 15-ci turunun bu gün keçirilən “Neftçi” – “Qarabağ” matçında meydan sahibi azarkeşlərinin narazılığına səbəb olan hadisə yaşanıb.

 

Tacxeber.com qol.az-a istinadən xəbər verir ki, bu, 27-ci dəqiqədə “Qarabağ”ın futbolçusu Leandro Andradenin hesabı açdıqdan sonra baş verib.

Andrede komanda yoldaşı Kevin Medina ilə birgə “Neftçi” azarkeşlərinin oturduğu qapının arxa tribunası önündə qol sevinclərini qalib ədası formasında şəkil çəkdirməklə ifadə ediblər. Bu isə yerli azarkeşlərin etirazına səbəb olub.

 

Baş hakim Əliyar Ağayev dərhal hər iki oyunçunu cəzalandırara onlara sarı vərəqə göstərib. Bu, azarkeşlərə yönələn qıcıqlandırıcı hərəkət kimi qiymətləndirilib. Futbolçular isə əlləri ilə işarə ediblər ki, sadəcə fotoqraflara şəkil çəkdirmək üçün belə addım atıblar.

 

Oxşar xəbərlər

Sertifikasiyadan keçməyən tibb mütəxəssislərinin 6 ay müddətində iş yeri və maaşı saxlanılacaq

redaktor

Ukraynada qadın dağıntılar altından belə xilas edildi – FOTOLAR

redaktor

Rövşən Nəcəfin deməyə sözü yoxdur, Sərxan Hacıyevin isə söz haqqı – AFFA-nın cavabsız qoyduğu suallar

admin