11 C
Bakı
29 Mart 2026 22:57
İdman

İlk hissədə komandadan razı qalmadım – Qurbanov

“Neftçi” ilə oyunda vacib qələbə qazandıq.

Tacxeber.com xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səfərdə “Neftçi”yə 3:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının XV tur oyunundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis ilk hissədə komandasından razı qalmadığını bildirib:

“Stadionda yaxşı atmosfer var idi. Hər iki klubun azarkeşlərinə təşəkkür edirəm. Samir Abasova və “Neftçi”yə uğurlar arzulayıram”.

Qurbanov braziliyalı yarımmüdafiəçi Julio Romaonu zədələndiyi üçün əvəzlədiklərini söyləyib. O, Nəriman Axundzadə və Musa Qurbanlı barədə da danışıb: “İkisi də bu gün pis çıxış etmədilər. Daha yaxşı oynamaları üçün oyun sayları çoxalmalıdır”.

Baş məşqçi bu görüşə ciddi hazırlaşdıqlarını vurğulayıb: “Hazır olan futbolçulara hər zaman şans veririk. Bəzilərində yüklənmələr çox olduğundan bu gün meydana buraxmadıq”.

Tacxeber.com

Oxşar xəbərlər

“Komanda pis nəticə göstərəndə ilk düşmən millinin baş məşqçisi olur” – Montella

admin

“Hacı Nuranın məmurlarla əlaqəsi var, istədik ki…” – Baş məşqçidən narazılıq

redaktor

Həkim açıq havada idman etməyin təhlükələrini sadalayır

redaktor