26 C
Bakı
11 Avqust 2025 04:13
DinMuharibə

Hələbdən sonra növbəti şəhər… – General

Suriya rejiminin bu qədər tez geri çəkilməsi bizi şoka saldı.

Tacxeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Suriyanın müxalif generalı Əhməd Rahal deyib.

O bildirib ki, rejim İranın dəstəyi ilə ayaqda qalır:

“Bütün Hələbin Hizbullahın nəzarətində olduğunu bilirik və ümid edirik ki, bu əməliyyatlar genişlənərək Əz-Zəhra bölgəsinə doğru irəliləyəcək. Eyni zamanda, əməliyyatın Tel-Rifat bölgəsində davam etməsini istəyirik. Çünki o dəhliz YPG qruplaşmasından xilas olunmalıdır. Fikirləşirik ki, Suriyada Əsəd rejimi və Hizbullahın sürətlə süqutu tez bir zamanda YPG-nin xüsusilə Menbiç və Tel-Rifat, eyni zamanda ətraf bölgələrdə sürətlə dağılmasına mütləq təsir edəcək. Bundan sonra Suriyada müxalif qüvvələr rahat nəfəs ala bilər. Eyni zamanda Türkiyədəki miqrantlar da asan şəkildə evlərinə qayıda bilər”. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər

“Kremldə durum pisləşib, Putin çaşqın haldadır”

admin

ABŞ İranla artan gərginlik fonunda Bağdaddakı səfirliyində işçiləri azaldır

admin

Tramp 2 ədəd atom sualtı qayığının müvafiq istiqamətlərdə yerləşdirilməsi barədə göstəriş verib – Şahin Cəfərli

admin