31 C
Bakı
13 Avqust 2025 15:09
CəmiyyətDinHadisəİdman

Bu gün Misli Premyer Liqasında bu oyunlar keçiriləcək.

Misli Premyer Liqasında bu gün daha iki oyun keçiriləcək.

 

Günün birinci matçı olaraq meydana “Şamaxı” və “Kəpəz” komandaları çıxacaqlar. Şamaxı şəhər stadionunda təşkil olunacaq matçın start fiti 14:30-da səslənəcək.

 

Tacxeber.com xəbər verir ki, “Şamaxı” kollektivi 13 xalla turnir cədvəlində 7-ci, aktivində 7 xalı olan “Kəpəz” isə 10-cu sırada qərarlaşıb.

 

Günün digər görüşündə “Zirə” “Sumqayıt”ı qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda reallaşacaq qarşılaşma saat 17:00-da başlayacaq. “Zirə” 20 xalla 5-ci, “Sumqayıt” isə 16 xalla 6-cı yerdədir.

 

Xatırladaq ki, turun daha əvvəl baş tutan oyunlarında “Araz-Naxçıvan” “Turan Tovuz”a, “Sabah” isə “Səbail”ə 1:0 hesabı ilə qalib gəlib. Tura dekabrın 1-də yekun vurulacaq.

Tacxeber.com

Oxşar xəbərlər

WhatsApp istifadəçilərinə MÜHÜM XƏBƏR

redaktor

Salyan heyvasının sağlamlığa hansı faydaları var? – VİDEO

redaktor

Yeni soyutma texnologiyası: Kondisionerlərə artıq ehtiyac yoxdur

redaktor