DünyaŞou

Bığını qırxmağa görə 10 milyon təklif etdilər

Rusiyanın tanınmış aparıcısı, şoumen Leonid Yakuboviç 10 milyon rubl (təqribən 160 min manata yaxın) qarşılığında bığını qırxmaqdan imtina edib.

 

Tacxeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, noyabrın ortalarında Yakuboviçə Yeni il korporativ şənliyi ilə bağlı çəkiliş üçün bığlarını qırxmaq təklif olunub. Əyləncəli videoçarxda iştiraka görə məşhur “Pole Çudes”in aparıcısına 10 milyon rubl təklif edilsə də, o, bundan imtina edib.

 

Bununla yanaşı, “Mash” 79 yaşlı L.Yakuboviçin Yeni illə bağlı korporativ şənliklərdə iştirakının dəyərinin ümumilikdə 2,75 milyon rubl olduğunu yazıb.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya-Ukrayna münaqişəsində nə baş verir

redaktor

Bu onun ilk və son dəfə təyyarəyə minməyi idi

admin

İsrail hökuməti qondarma “erməni soyqırımı”nı tanıyan qətnaməni təsdiqləyib

redaktor