26 C
Bakı
21 İyun 2025 16:41
CəmiyyətDünyaSiyasətTexnologiya

Ukraynada 7 trilyonluq sərvət var, müharibə ona görədir

Cənubi Karolinanın senatoru Lindsi Qrehem “Foks Nyus”a müsahibəsində Ukraynadakı müharibənin pulla bağlı olduğunu açıq şəkildə bəyan edib.

 

Bu barədə Avropada yaşayan jurnalist Elbəyi Həsənli qeyd edib.

“Bu müharibə pulla bağlıdır. İnsanlar bu barədə çox danışmırlar. Amma bilirsiniz ki, bütün Avropada nadir minerallarına görə ən zəngin ölkə Ukraynadır. 2-7 trilyon dollar dəyərində olan minerallar 21-ci əsr üçün çox aktualdır. Ukrayna ruslarla deyil, bizimlə sövdələşməyə hazırdır. Ona görə də Rusiyanın bu yeri ələ keçirə bilməməsi bizim marağımızdadır.

 

Ukrayna inkişaf etməkdə olan dünyanın çörək səbətidir. Afrikaya gedən bütün ərzağın 50 faizi Ukraynadan göndərilir”, – Qrehem bildirib.

 

Senator vurğulayıb ki, iqtidara gələn Tramp administrasiyası bu cür resursları nağdlaşdırmaq üçün unikal mövqedən çıxış edir:

“Donald Tramp pulumuzu geri almaq, nadir minerallara əl qoymaq üçün sövdələşməyə hazırlaşır. Bu anlaşma Ukrayna və ABŞ üçün yaxşı olacaq və Donald Tramp oraya sülh gətirəcək”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Xəbərdarlıq edilən icra başçısının rəhbərlik etdiyi rayonda səki zəbt edildi – FOTO

admin

Rusiya ilə müharibə dayandırılır? – Ukraynadan sürpriz mesaj

admin

“Sülhməramlıların yerləşdirilməsindən 5 il keçməyib” – Lavrovun müavini

redaktor