CəmiyyətDinDünyaHadisəİdman

Bu gün “Qarabağ” “Lion”a qarşı

"Qarabağ" "Lion"a qarşı - Yenilənir

 

Bu gün UEFA Avropa Liqasında 5-ci turun oyunları keçiriləcək.

 

QOL.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Qarabağ” da meydana çıxacaq.

Ağdam klubu Bakıda “Lion”la (Fransa) üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.

“Lion” hazırda 7 xalla turnir cədvəlində 9-cu pillədə qərarlaşıb. 3 xalı olan “Qarabağ” isə 29-cudur. Ağdam təmsilçisi bu gün qalib gələcəyi halda, “pley-off” iştirakçılarının yer alacağı “24”lüyə daxil ola bilər.

 

Qeyd edək ki, “Qarabağ” 1-ci turda “Tottenhem”ə (0:3), 2-ci turda “Malmö”yə (1:2), 3-cü turda “Ayaks”a (0:3) məğlub olub. Qurban Qurbanovun komandası 4-cü turda Norveç səfərində “Bodo Qlimt”ə 2:1 hesabı ilə qalib gəlib.

 

28 noyabr

21:45.“Qarabağ” (Azərbaycan) – “Lion” (Fransa)
Hakimlər: Nenad Minakoviç, Nikola Boroviç, Bosko Bozoviç, Milan Mitiç (hamısı Serbiya)

Tofiq Bəhramov adına Respublika Stadionu

Tacxeber.com

Oxşar xəbərlər

Qalmaqallı cərrah yenidən iş başında

redaktor

Azərbaycanda tiktokdan pul qazananların nəzərinə

admin

“ABŞ Türkiyə ilə bu ölkənin arasını vurur” – Ərdoğan

redaktor