CəmiyyətHadisəQalmaqal

Ağadadaş Ağayevin başı dərddə, ona ittiham elan edildi.

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib.

 

Tacxeber.com Oxu.az-a istinadla xəbər verir ki, Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Xalq artistinə ittiham aktı elan edilib.

 

Ağadadaş Ağayev ittihama görə özünü təqsirli bilməyib. Təqsirləndirilən Xalq artistinə sərbəst ifadə üçün söz verilsə də, buna hazır olmadığı üçün məhkəmədən vaxt istəyib. Onun vəkili də müvəkkilinin ifadəsinə hazırlaşmağı üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası dekabrın 3-nə təyin olub.

 

Qeyd edək ki, müğənni ilə mühafizəçinin hər ikisinə yekun olaraq Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq – 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə yekun ittiham elan edilib.

Onlar bu maddə ilə təqsirli bilindikləri halda 2 ildən 5 ilə kimi azadlıqdan məhrum edilə bilərlər. Onu da bildirək ki, zərərçəkən kimi hospitalın əməkdaşı Nəzakət Paşayeva tanınıb.

Tacxeber.com

Oxşar xəbərlər

Kinostudiyanın liftinin işləməməsi kədərlidir – Ramiz Rövşən

admin

“Biz penalti və VAR müdaxiləsini gözləyirdik” – AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker

admin

Deputat minimum əmək haqqının artımının fərdi sahibkarlara təsirindən danışdı: “Bütün insanlar udacaq…”

redaktor