19 C
Bakı
26 Sentyabr 2025 22:14
Dünya

“Yelo Bank”ın əməkdaşı həbs edildi – 3,5 milyon manat mənimsəyib

“Yelo Bank”ın əməkdaşı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.

Tacxeber.com xəbər verir ki, bankın Bərdə filialının mütəxəssisi Əkbər Müşfiq Şükür oğlu 3,5 milyon manat vəsaiti mənimsəmədə ittiham olunur.

 

Bildirilib ki, o, vəzifə saxtakarlığı edərək 20-dən çox tanışının adına saxta kredit rəsmiləşdirib.

 

Ə.Müşfiqin bu işdə bankın əməkdaşı olmayan tanışı Cahangir Əsədov ilə əlbir olduğu qeyd edilib. Onların ikisinə də Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib və barələrində həbs-qətimkan tədbiri seçilib.

 

İstintaq müddətində təqsirləndirilən şəxslər vurduqları ziyanın 2,9 milyon manatını geri ödəyiblər.

 

Antikorrupsiya idarəsi istintaqı bitirərək işi hüquqi qiymət verilməsi üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərib./Report

Tacxeber.com

Oxşar xəbərlər

Argentina prezidenti İlon Maska görün nə hədiyyə edib

redaktor

Ukraynanın raketi bitdi, NATO-nun üç seçimi var… – Markov

redaktor

Kadırovdan ŞOK TƏKLİF: “Bu ölkəyə raket zərbəsi endirin”

admin