30 C
Bakı
10 Avqust 2025 21:47
Hadisə

Uğursuz əməliyyatda ittiham olunan Ülviyyə İlyasova: “Həkim kimi fəaliyyət göstərmirəm”

“Həkim kimi fəaliyyət göstərmirəm”.

Tacxeber.com xəbər verir ki, bu sözləri 35 yaşlı Bəsti Hacıyevanı liposaksiya əməliyyatı etdiyi iddia olunan Ülviyyə İlyasova deyib.

 

Ü.İlyasova haqqında yayılan yalan xəbər barədə açıqlama verərək bildirib ki, barəsindəki bütün tənqidlər əsassızdır. O, Bəsti Hacıyeva adlı bir xəstəni tanımadığını bildirib. Əlavə edib ki, ümumiyyətlə həkim kimi fəaliyyət göstərmir. Ü.İlyasova eltisi vəfat edəndən sonra işindən öz istəyi ilə uzaqlaşdığını bildirib.

Əməliyyat olunduqdan sonra halının pisləşdiyi iddia edilən Bəsti Hacıyevanın bacısı Aynurə xanım da məlumatı təsdiq edərək bildirib ki, Ü.İlyasova onun bacısını əməliyyat etməyib.

 

Yekun olaraq, Ülviyyə İlyasova ona atılan böhtanlardan dolayı polisə müraciət edəcəyini bildirib.

Qeyd edək ki, Ülviyyə İlyasovanın noyabrın 14-də 1989-cu il təvəllüdlü Bəsti Hacıyevanı liposaksiya əməliyyatı etdiyi, bu əməliyyatdan sonra qadının səhhətinin pisləşdiyi iddia olunub.(milli.az)

Tacxeber.com

Oxşar xəbərlər

90 gündən artıqdır ki, alimimiz aclıq edir. Rəsmilər niyə susur ?

admin

Səttar Möhbalıyevin bacısı oğlu, Şəmsəddin Hacıyevin kürəkəni olan icra başçısının tenderi ləğv edildi.

admin

Sənədə imza atmadığına görə qazi Hacı Vəliyev karserə atılıb və orada ona ……..

admin