24 C
Bakı
12 Avqust 2025 00:28
CəmiyyətDinHadisəİdmanQalmaqal

“Sabah”a yeni baş məşqçi təyin olundu – Rəsmi+Şəkillər

“Sabah”da yeni baş məşqçi təyinatı gerçəkləşib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.

Rusiyalı məşqçi Vasili Berezutski ilə 2,5 illik müqavilə bağlanıb.

 

Berezutski bu vəzifədə Krunoslav Renduliçi əvəzləyib. Xorvatiyalı Renduliçin istefası bu gün rəsmi olaraq açıqlanıb.

Bu, V.Berezutskinin baş məşqçi kimi ilk işi olacaq.

 

Vasili Berezutski daha öncə Niderlandın “Vitess” (2018-2019), Rusiyanın SSKA (2020-2021, 2022), “Krasnodar” (2021-2022), həmçinin Çinin “Şanxay Şenxua” (2023-2024) klublarında köməkçi məşqçi kimi fəaliyyət göstərib, Moskvanın ÇSKA klubunda idman koordinatoru olub (2020).

Berezutski futbolçu kimi Rusiyanın “Torpedo-ZİL” və SSKA klublarında çıxış edib. O, Rusiyanın əsas millisində 101 oyun keçirib, 5 qol vurub.

Tacxeber.com

Oxşar xəbərlər

“Şərurlu İsfəndiyar” Göygöldə yeni otel açdı

redaktor

Sevgilisinə iş verən baş nazir istefa etdib

admin

Mikayıl Cabbarovun qoluna nə olub? – Foto

admin