24 C
Bakı
26 Sentyabr 2025 15:29
CəmiyyətGündəmİdman

“Qarabağ” – “Lion” oyununa nə qədər bilet satılıb ?

Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunun “Qarabağ” – “Lion” (Fransa) matçı üçün bilet satışı davam edir.

 

Görüşə 17.500 bilet satılıb. Bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

 

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

 

Satış məntəqələri:

iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Qeyd edək ki, noyabrın 28-də keçiriləcək oyun saat 21:45-də başlayacaq.

Tacxeber.com

Oxşar xəbərlər

Fazil Mustafa: Azərbaycanda milyonlarla manat vəsait xüms adı ilə yığılaraq İrana göndərilir

redaktor

Şenol Günəş Azərbaycan millisinin baş məşqçisi ola bilər

redaktor

Xəstəxanaya yerləşdirilən Xalq artistindən xəbər var

redaktor