30 C
Bakı
12 Avqust 2025 12:26
Dünya

Mask mümkün üçüncü dünya müharibəsinin risklərindən danışdı

Mask mümkün üçüncü dünya müharibəsinin risklərindən danışdı

Amerikalı milyarder İlon Mask mümkün üçüncü dünya müharibəsinin risklərinə toxunub və onları Trampın prezidentliyi ilə əlaqələndirib.

Tacxeber.com Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı o, “X” sosial şəbəkəsindəki hesabında qeyri-adi illüstrasiya ilə yazı paylaşıb.

 

Mask insan beyninin və uçan güllənin təsvir olunduğu iki şəkil paylaşıb. Birinci şəkildə güllə beyinə dəyir, onun altında isə “III dünya müharibəsi” yazılıb. İkinci şəkildə güllə qulağı cızır və beyindən yan keçir, altında isə “Marsın kolonizasiyası” sözləri yazılıb.

 

Görünür, bu yolla “Tesla” və “SpaceX” şirkətlərinin sahibi ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampa sui-qəsd cəhdinə istinad edib. Həmin vaxt siyasətçi qulağından yaralanıb, güllə onun başının bir neçə santimetr yaxınlığından keçib.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan Prezidentinin təyyarəsi Rusiya üzərində GPS problemləri ilə üzləşdi, araşdırma təsdiqləyir

admin

Gürcüstanda azad sözə vurulan neft ləkəsi

admin

Maraqlı yeni il adətləri – Boşqab sındırmaq, əşyaları çölə atmaq…

redaktor