31 C
Bakı
13 Avqust 2025 17:05
CəmiyyətDünyaHadisəSiyasət

Rutte ilk dəfə Trampla GÖRÜŞDÜ – Nələr müzakirə edildi?

NATO-nun baş katibi Mark Rutte ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla ilk görüşünü keçirib.

 

Tacxeber.com TASS-a istinadən xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb. Görüşün noyabrın 22-də Floridada baş tutduğu bildirilir.

 

NATO-nun bəyanatında deyilib: “Noyabrın 22-də Ruttenin Trampın şəxsi iqamətgahının yerləşdiyi Floridaya, ABŞ-nin seçilmiş prezidentinin yanına uçduğu bildirilir. Onlar Alyansın üzləşdiyi qlobal təhlükəsizlik çağırışlarını müzakirə ediblər”.

 

Onu da qeyd edək ki, “Washington Post” alman rəsmilərinə istinadən daha əvvəl yazmışdı ki, Rutte yaxın vaxtlarda Trampın Mar-a-Laqo iqamətgahına baş çəkəcək və onu Ukrayna məsələsində Rusiyaya güzəştə getməməyə inandıracaq. Nəşr yazıb ki, NATO-nun baş katibi Trampla söhbətində qeyd etmək niyyətindədir ki, Ukrayna münaqişəsi kontekstində Rusiyaya güzəştlər Qərb üçün qəbuledilməzdir, çünki “pis razılaşma Trampa ziyan vuracaq”. (Sfera)

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ-dən Laçın yolundakı etiraz aksiyasına REAKSİYA

redaktor

Satıcılar çağırış ETDİLƏR: “Göbələklər zəhərli ola bilər” – VİDEO

redaktor

Kriminal avtoritet həbsxanada ÖLDÜ

admin