28 C
Bakı
13 Avqust 2025 19:30
CəmiyyətGündəm

Müştəri evdə yağı əritməyinə peşman oldu – Video

Müştəri marketlərin birindən 2 növ kərə yağı alıb. İddia edir ki, yağları əritdikdən sonra tündrəngli bir maye alınıb.

Alıcı videoda bildirib ki, bu, kərə yağına yox, maşın yağına bənzəyir. Görüntülər sosial şəbəkələrdə paylaşılıb. Məsələ ilə bağlı sözügedən marketdən bildirilib ki, mağazalarında təqdim edilən bütün qida məhsulları müvafiq dövlət qurumu tərəfindən yoxlamalara cəlb edilir:

“Yalnız keyfiyyət və təhlükəsizlik göstəriciləri uyğun olan məhsulların satışı həyata keçirilir. Sözügedən məhsulun qida təhlükəsizliyi sertifikatı mövcuddur”.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilib ki, sosial şəbəkədə yayılan görüntü nəzarətə götürülüb:

“Məsələ Agentliyin Bakı Regional Bölməsi tərəfindən qanunvericiliyə uyğun olaraq araşdırılacaq. Araşdırmaların nəticəsi barədə məlumat veriləcək. İstehlakçılardan xahiş olunur ki, qida sahəsində hər hansı bir uyğunsuzluqla rastlaşdıqda araşdırılıb müvafiq tədbirlərin görülməsi üçün mütləq şəkildə Agentliyin “1003” qaynar xəttinə məlumat versinlər”.

Ətraflı Baku TV-nin süjetində:

Tacxeber.com

Oxşar xəbərlər

“Bu şeirin Şəhriyara heç bir aidiyyəti yoxdur…” – “Heydərbabaya salam” necə yazıldı? – FOTO

admin

Şəxsi ünsiyyətin olmaması təhlükəlidir – Psixoterapevtdən xəbərdarlıq

redaktor

Dəhşətli hadisə! Arvadını və qızlarını öldürdü: “Yadplanetlilər edib” – ŞOK

admin