24.8 C
Bakı
22 İyun 2026 07:47
Sağlamlıq

Dərmanları mətbəxdə saxlamaq olmaz

Dərmanları evdə xüsusi yerdə, xüsusi şəraitdə saxlamaq lazımdır. Bəziləri mətbəx, bəziləri hamam şkaflarına yığır, bəziləri soyuducuya qoyur.

Tacxeber.com“Medicina”a istinadən xəbər verir ki, kimya elmləri namizədi Aleksey Panov dərmanları harda saxlamaq barədə danışıb.
“Dərmanların saxlanması şəraiti onların keyfiyyətinə, effektinə təsir edir.

Dərmanları hamam otağında saxladıqda yüksək rütubət dərman formalarını dağıda bilər.

 

Mətbəxdə isə yüksək hərarət, sobanın istiliyinin təsirindən tərkibi dəyişir.

Optimal yer soyuducudur, amma orda xüsusi konteynerdə saxlanmalıdır.

Qoxulu və rütubətli ərzaq məhsulları təmasda olmasın.

 

Diqqət yetirin ki, dərman qutusu, qablaşması pozulmasın, əzilməsin, qapaq açıq qalmasın.

Elə dərmanlar var ki, tərkibindəki maddələr işıq, hərarət, rütubətə həssasdır. Bəzi vitamin və antibiotiklər UVÇ şüalarının təsirindən parçalanır. Ona görə dərmanları qaranlıq, quru, sərin yerdə saxlamaq lazımdır.

 

Dərmanları soyuducuda saxlasaz da müddəti bitmiş dərmanı içməyin”.

Tacxeber.com

Oxşar xəbərlər

Texnologiya qabaqcılları necə qidalanır?

admin

Kompüter arxasında 9 saat oturanları demensiya və tez ölüm gözləyir

redaktor

Ürəyinizi belə qoruyun – 5 addımda sağlam olun

redaktor