2 C
Bakı
11 Fevral 2026 00:14
Kriminal

Türkiyə klubunun baş məşqçisi qətlə yetirildi

Türkiyənin 3-cü liqa komandalarından “Çorluspor 1947″nin baş məşqçisi Ersin Aka qətlə yetirilib.

 

Tacxeber.com xəbər verir ki, hadisə günorta vaxtı, Çorlu şəhərində baş verib.

 

46 yaşlı mütəxəssis yolda gedərkən maskalı naməlum şəxsin silahlı hücumuna məruz qalıb. O, qan içində yerə yıxılıb və ağır yaralanıb. Hücum edən şəxs isə onu gözləyən avtomobilə minərək qaçıb.

Ətrafdakıların xəbəri ilə Ersin Aka xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı araşdırma davam edir.

 

Qeyd edək ki, Ersin Aka karyerası ərzində “Əskişəhərspor”, “Adanaspor”, “Giresunspor”, “Antalyaspor”, “Adıyamanspor”, “Adana Dəmirspor”, “Etimesqut Şeker” və “Siirtspor”da kimi komandalarda köməkçi məşqçi vəzifəsində çalışıb. O, 2012-13 mövsümündə “Beşiktaş”da müvəqqəti məşqçi kimi çalışıb. Daha sonra “Ərzin Belediye”də, “Ankara Demir”, “Yeni Mersin İdman Yurdu”, “Karşıyaka”, “Van Spor” kimi komandalarda baş məşqçi olub.

Tacxeber.com

Oxşar xəbərlər

Əri tərəfindən bıçaqlanaraq diri-diri basdırıldı – Möcüzəvi şəkildə həyatda qaldı-FOTOVİDEO

redaktor

Rəfael Cəbrayılovun ölümündə qaranlıq məqamlar – ŞOK FAKTLAR AÇIQLANDI

admin

Bakıda 50 evdən oğurluq edən şəxs sonuncu evdə şəxsiyyət vəsiqəsini düşürüb – VİDEO – FOTO

redaktor