29 C
Bakı
13 Avqust 2025 10:48
CəmiyyətDünyaGündəmHadisə

Türkiyədə saxlanılan Azərbaycanlı diplomatın üzərindən 70 kq qızıl çıxıb.

İstanbulda Azərbaycanlı diplomatın üzərində 70 kq. qızıl aşkar edilərək saxlanılıb.

 

Tacxeber.com Yenisafak.com-a istinadən xəbər verir ki, İstanbulun Sarıyer rayonunda bir ticarət mərkəzinin qarşısında polis əməkdaşları tərəfindən saxlanılan Azərbaycanlı diplomatın üzərindən 70 kq. qızıl aşkarlanıb.

 

Türkiyə Baş Prokurorluğunun verdiyi məlumata əsasən Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat çərçivəsində, Sarıyerdə bir ticarət mərkəzinin qarşısında Azərbaycan əsilli və diplomat olduğu dəqiqləşmiş M.G.Ş. adlı şübhəli şəxs taksi də olarkən saxlanılıb.

 

Saxlanılan M.G.Ş.-nin üzərində aparılan axtarış nəticəsində 70 kq. qızıl aşkar edilib. Şübhəli M.G.Ş.-nin həmin qızılların ona məxsus olduğunu təsdiqləyib  və hüquq-mühafizə orqanlarına diplomat olduğunu bildirib.

 

Qeyd edək ki, diplomatın kimliyi haqqında hələlik dəqiq məlumat verilmir.

Tacxeber.com

Oxşar xəbərlər

“RUS XALQI HEÇ AĞLINA DA GƏTİRMİRDİ Kİ…” – “Bu reallıq xəstə beyinlərdə yaradılır”

redaktor

Qəzzada DƏHŞƏT: Bir ailədən 13 nəfər öldü

redaktor

Gəncədəki hadisədə ölənlərin sayı artdı

redaktor