11 C
Bakı
30 Mart 2026 03:47
DünyaGündəm

“İsrail Putindən qorxur” – Zelenski

 

Ukrayna prezidenti Vladimir Zelenski İsrailin Ukraynaya kifayət qədər dəstək vermədiyini bildirib.

Tacxeber.comxəbər verir ki, Zelenski Kiyevdə “Fox News”-un müxbiri Trey Yinqstə verdiyi müsahibədə bir sıra məqamlara toxunub.

 

O, İsrailin Putindən qorxduğunu və Netanyahudan kömək istəməsinin siyasi səhv olduğunu iddia edib: “Bu, mənim fikrimdir və bu barədə çox dürüstəm. Avropa liderləri və Amerika administrasiyası ilə də bu barədə danışdım. Onlardan İsraillə bağlı mənə kömək etmələrini, xüsusilə hava hücumundan müdafiə sahəsində bizə dəstək olmalarını xahiş etdim”.

 

Qeyd edək ki, İsrail Ukraynaya humanitar yardım və havadan xəbərdarlıq sistemi də daxil olmaqla məhdud dəstək verib. Bu ilin əvvəlində “Financial Times” ABŞ, İsrail və Ukraynanın Kiyevə hazırda İsrailin sahib olduğu və idarə etdiyi 8 “Patriot” raketdən müdafiə sistemi ilə təmin edilməsi üçün danışıqlar apardığını bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Şimali Koreya hərbçiləri Kurskda Ukraynaya qarşı döyüşlərdə İŞTİRAK EDİRLƏR

redaktor

Almaniya kəşfiyyatı:“Ukrayna Rusiyanın Qərbə gedən yolunda sadəcə bir addımdır”.

redaktor

Nazir ögey oğluna görə vəzifəsindən istefa verdi

redaktor