İranda ölkənin 85 yaşlı dini lideri Əli Xameneyinin mümkün varisi ilə bağlı müzakirələr yenidən qızışıb.
Mənbələr artıq varisin kimliyinin bəlli olduğunu yazırlar.
İranın bəzi teleqram kanallarının məlumatına görə, Donald Trampın yenidən ABŞ prezidenti seçilməsindən sonra Xameneyi Ekspertlər Şurasının üzvlərini bir araya toplayaraq, gələcək dini lider məsələsini müzakirə edib.
Ekspertlər Şurası 88 üzvdən ibarətdir, onların arasında İranın dini rəhbərinin seçilməsinə cavabdeh olanlar da var. Şuranın əsas tərkibi mühafizəkarlardan ibarətdir.