20 C
Bakı
24 İyun 2025 09:11
DünyaHadisəİdman

Kosovo millisinə texniki məğlubiyyət verildi

Millətlər Liqasının 5-ci turu çərçivəsində yarımçıq qalan Rumıniya – Kosovo matçı üçün qərar verilib.

 

Bu barədə UEFA Apellyasiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Qərara əsasən, Kosovo millisinə matçda texniki məğlubiyyət və 6 min avro cərimə verilib. Rumıniya yığması isə 128 min avro cərimələnib və növbəti ev matçını da tamaşaçısız keçirəcək.

 

Xatırladaq ki, 15 noyabr tarixində qapılara qol vurulmamışdı və 90+3-cü dəqiqədə isə matç dayandırılmışdı. Buna səbəb rumıniyalı azarkeşlərin Serbiya şüarları səsləndirməsi olub. Kosovolu futbolçular onların bu hərəkətlərindən sonra meydandan çıxıblar və paltardəyişmə otağına yollanıblar. Həmin vaxt rumıniyalı Denis Alibeklə kosovalı Albion Rahmani arasında mübahisə yaşanıb. Bu isə iki komandanın oyunçuları arasında gərginliyə səbəb olub. (Qol.az)

Tacxeber.com

Oxşar xəbərlər

İsrailə hücum Xameneinin göstərişi ilə olub, 500 raket atılıb

redaktor

Odessada 300 min insan işıqsız qalıb

redaktor

Zelenski: “Norveç Ukraynaya enerji sisteminin bərpası üçün 100 milyon dollar ayırıb”

redaktor