21 C
Bakı
21 İyun 2025 22:42
DünyaGündəmMuharibə

Fransa və Böyük Britaniya da uzaqmənzilli silahlarla Rusiyanın dərinliklərinə zərbə endirilməsinə icazə verdi.

Bayden gedərayaq Ukraynaya ATACMS raketləri ilə Rusiya ərazisinə zərbə endirməyə icazə verib. (Mənbə – “The New York Times”).

 

Bu raketlərin atəş məsafəsi 300 km-dir.

Britaniya və Fransa da Storm Shadow/SCALP raketləri ilə bağlı analoji icazəni verməyə hazır idi və ABŞ-ın qərarını gözləyirdi.

 

Ukrayna hərbi sənayesi də hazırda müxtəlif tip raketlərin (1000 km-ə qədər mənzili olan) sınaqlarını davam etdirir. Lakin bunların seriya istehsalı üçün müəyyən vaxt lazımdır.

 

Ukraynanın bədbəxtliyi budur ki, vaxtilə dünyanın ən güclü hərbi sənayelərindən birinə malik ölkədə müstəqillik dövründə Rusiya agenturası tərəfindən bu potensialın şüurlu şəkildə məhvi siyasəti aparılıb. (Rusiyanın adamı olmayan korrupsioner siyasətçilərin də bu məsələdə rolu az olmayıb). Eyni dövrdə Rusiya və Qərb birlikdə Ukraynanı faktiki olaraq tərksilah ediblər. Ukraynaya hazırkı hücum Rusiya tərəfindən SSRİ-nin dağılmasından bəri addım-addım hazırlanıb.

Şahin Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Avropa Liqasında pley-off mərhələsinin cütləri bəlli oldu

admin

Nazilə Səfərlidən Rövşanəyə CAVAB: “Nailə İslamzadə, Leyla Quliyeva deyilsiniz” – VİDEO

redaktor

Tramp: Ukraynaya görə silah anbarımız boş qalıb

redaktor