28 C
Bakı
13 Avqust 2025 21:32
DünyaHadisəSiyasət

İsrail prezidenti Bakıya səfərini ləğv etdi, amma….

İsrail Prezidenti İshaq Hersoq Bakıda keçirilən BMT-nin COP29 iqlim konfransına planlaşdırılan səfərini ləğv edib.

 

Bu barədə “Tayms of İsrail” məlumat yayıb.

 

İsrail Prezidentinin Ofisindən bildirilib ki, səfərin ləğvinə səbəb “situasiyanın qiymətləndirməsindən sonra təhlükəsizlik mülahizələri”nin ortaya çıxmasıdır.

 

Məlumatda vurğulanıb ki, noyabrın 11-də başlayan konfransa İsrailin ətraf mühitin mühafizəsi, energetika və nəqliyyat nazirliklərini təmsil edən üç naziri və onlarla məmuru qatılıb.

 

Həmçinin xatırladılıb ki, İsrailin COP29-da öz pavilyonu var.

Qeyd edək ki, bundan öncə İsrail prezidentinin Bakıya 100-dən çox nümayəndə ilə 19 noyabrda gələcəyi təsdiqlənmişdi.

Tacxeber.com

Oxşar xəbərlər

Ölən dilənçinin evindən görün nələr tapıldı

redaktor

Çeçenlərdən ibarət növbəti qrup Donbasa getdi

redaktor

Mask Trampın Zelenski ilə telefon danışığına qoşularaq, Kiyevə yardım VƏD EDİB

redaktor